ETSN: Havada müşahidə olunan toz lokal xarakter daşıyır

ETSN: Havada müşahidə olunan toz lokal xarakter daşıyır Hazırda havada tozun miqdarı normadan 1.6 dəfə çoxdur
Ekologiya
169
22 Aprel , 2021 16:09
ETSN: Havada müşahidə olunan toz lokal xarakter daşıyır

Bakı və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur, lakin ötən günlərdən fərqli olaraq bu gün lokal xarakter daşıyır.

"Report" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərinin apardığı növbəti monitorinqin nəticələrinə görə, tozlu havaya səbəb şimal-qərb küləyinin sürətinin 15-20, arabir 23-27 m/s-dək güclənməsi nəticəsində istehsal sahələrində və torpağın üst səthində formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.

Avtomat monitorinq stansiyalardan əldə olunan məlumatlara əsasən hazırda havada tozun miqdarı normadan 1.6 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi