Hava şəraiti qeyri-sabit olacaq, bəzi yerlərə qar yağacaq - XƏBƏRDARLIQ

Hava şəraiti qeyri-sabit olacaq, bəzi yerlərə qar yağacaq - XƏBƏRDARLIQ Bakıda yağış yağacağı gözlənilir
Ekologiya
166
27 Sentyabr , 2016 12:31
Hava şəraiti qeyri-sabit olacaq, bəzi yerlərə qar yağacaq - XƏBƏRDARLIQ

Bakı. 27 sentyabr. REPORT.AZ/ Sentyabrın 28-dən 29-u gündüzədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Sentyabrın 29-da şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Sentyabrın 28-dən oktyabrın 2-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. 

Son xəbərlər

Orphus sistemi