Hava şəraiti kəskin dəyişəcək, temperatur 10-12 dərəcə enəcək- XƏBƏRDARLIQ

Hava şəraiti kəskin dəyişəcək, temperatur 10-12 dərəcə enəcək- XƏBƏRDARLIQ Bakı. 25 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin kəskin dəyişəcəyi haqqında xəbərdarlıq edib.
Ekologiya
25 Oktyabr , 2018 13:09
Hava şəraiti kəskin dəyişəcək, temperatur 10-12 dərəcə enəcək- XƏBƏRDARLIQ
0 : 00
0 : 00

Bakı. 25 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin kəskin dəyişəcəyi haqqında xəbərdarlıq edib. 

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 26-dan 27-si səhərədək güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı gözlənilir.

Oktyabrın 27-də səhər saatlarında yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında oktyabrın 26-dan 27-si gündüzədək hava şəraiti kəskin dəyişəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə aşağı enəcək. Arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. 

Son xəbərlər

Orphus sistemi