Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb Arabir yağıntılı olacağı gözlənilir
Ekologiya
11 Fevral , 2015 12:30
Sabaha olan hava proqnozu açıqlanıb

Bakı. 11 fevral. REPORT.AZ/ Fevralın 12-nə Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabaha Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağıntılı olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycan rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-4 dərəcə isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcədən 2 dərəcəyə qədər isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi