Hava ilə bağlı əhaliyə daha bir xəbərdarlıq: “Tez-tez maye qəbul edin, günvurmadan qorunun”

Hava ilə bağlı əhaliyə daha bir xəbərdarlıq: “Tez-tez maye qəbul edin, günvurmadan qorunun” Hava şəraiti ilə bağlı əhaliyə daha bir xəbərdarlıq edilib.
Ekologiya
7 avqust 2023 13:44
Hava ilə bağlı əhaliyə daha bir xəbərdarlıq: “Tez-tez maye qəbul edin, günvurmadan qorunun”
Nazim Mahmudov

Hava şəraiti ilə bağlı əhaliyə daha bir xəbərdarlıq edilib.

“Report”un xəbərinə görə, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov açıqlama verib.

Onun sözlərinə görə, həftəsonunadək Abşeron yarımadasında havanın temperaturunun 37-40 dərəcə olacağı gözlənilir:

“Yüksək temperatur, durğun hava şəraitində bürkü yarana bilər. Şəhər mühitində gecə saatlarında havanın temperaturunun normadan yüksək olacağı gözlənilir. Bu günlərdə tez-tez maye qəbul etmək, baş örtüklərindən, çətirlərdən istifadə edərək günvurmadan qorunmaq lazımdır”.

Son xəbərlər

Orphus sistemi