Yuxarı

Günəş tutulması baş verib - YENİLƏNİB

Günəş tutulması baş verib

Bu ilin ikinci Günəş tutulması (tam tutulma) baş verib.

Report xəbər verir ki, bu tutulma 2001-ci ilin iyunun 21-də tam Günəş tutulmasının təkrarıdır. 

Növbəti belə təbiət hadisəsi cari il dekabrın 26-na təsadüf edəcək. Təbiət hadisəsi 4 saat 55 dəqiqə davam edib. 


***20:55

Bu gün Günəş tutulması (tam tutulma) hadisəsi başlayıb.

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasından "Report"a verilən məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 20:55-dən iyulun 3-ü saat 01:50-dək davam edəcək.

Günəş tutulması Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək. Təbiət hadisəsini Azərbaycanda müşahidə etmək mümkün olmayacaq.

Növbəti belə təbiət hadisəsi cari il dekabrın 26-na təsadüf edəcək.

Qeyd edək ki, bu ilin ilk Günəş tutulması yanvarın 6-da qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi