Göygöl I yatağının ərazisində yer təki sahələri hərracla istifadəyə veriləcək

Göygöl I yatağının ərazisində yer təki sahələri hərracla istifadəyə veriləcək Hərrac Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən həyata keçirilir
Ekologiya
15 Mart , 2021 17:03
Göygöl I yatağının ərazisində yer təki sahələri hərracla istifadəyə veriləcək

Göygöl I yatağının ərazisində yer təki sahələrinin istifadəyə verilməsi üzrə açıq hərracın keçirilməsi nəzərdə tutulub.

“Report” xəbər verir ki, hərrac Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən həyata keçirilir.

Yer təki sahəsindən faydalı qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalı və hərracda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Hərracda iştirak etmək üçün yazılı ərizə-müraciət;

2. Hərracda xidmət haqqının ödənilməsi barədə bank sənədinin əslini;

3. Azərbaycanda vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;

4. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (hesabdan çıxarış);

5. İddiaçının tam adı, hüquqi statusu; Hüquqi şəxsdirsə nizamnaməsi, VÖEN şəhadətnaməsi və dövlət reyestrdən çıxarışı, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri fiziki şəxsdirsə şəxsiyyəti təsdiq edən sənəd və VÖEN-şəhadətnaməsi;

6. İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar: ən azı 1 dağ-mədən mühəndisi və 1 geoloq ilə bağlanmış əmək müqaviləsinin və onların ixtisasını təsdiq edən sənədin sürəti;

7. İddiaçının maddi-texniki bazası (faydalı qazıntıların çıxarılması üçün zəruri texniki vasitələri və avadanlıqları) haqqında məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə tərtib olunmalıdır. İddiaçılar hərracda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 9 aprel saat 16:00 qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat, 31 ünvanına təqdim etməlidirlər.

Hərracda iştirak etmək üçün hüquqi və fiziki şəxslər Agentliyə “İnzibati icraat haqqında” qanunun 29-cu və 30-cu maddələrində nəzərdə tutulan qaydada ərizə (bundan sonra “ərizə”) təqdim edir. Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaq. Hərracda iştirak etmək istəyənlər 540 manat məbləğində xidmət haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, İstiqlaliyyat, 31 (Əlaqələndirici şəxs: Elçin Məcidov, telefon: (012) 505 97 82 (daxili 107)) ünvanından ala bilərlər.

Hesab: AZ61AIIB38020019440812108103

VÖEN 1306614461

Bank: "Kapital Bank" ASC, Yasamal filialı

Kodu: 200037

VÖEN: 9900003611

M/H: AZ37NABZ01350100000000001944

S.W.İ.F.T: AIIBAZ2X

Xidmət haqqı heç bir halda geri qaytarılmır. Agentlik tərəfindən (hərrac komissiyası tərəfindən lazımı sənədlər yoxlandıqdan sonra) hərrac iştirakçısına hərrac ilə bağlı dəvət məktubu verildikdən sonra 2 iş günü ərzində başlanğıc qiymətinin 10% miqdarında beh məbləği ödənilməlidir. Beh məbləği ödənilmədiyi təqdirdə, iddiaçı hərraca buraxılmır.

Son xəbərlər

Orphus sistemi