Göyçayda ağacların yandırılaraq kökündən kəsildiyi aşkarlanıb

Göyçayda ağacların yandırılaraq kökündən kəsildiyi aşkarlanıb Bakı. 30 aprel. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Göyçay rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə reyd keçirilib.
Ekologiya
30 Aprel , 2018 14:08
Göyçayda ağacların yandırılaraq kökündən kəsildiyi aşkarlanıb

Bakı. 30 aprel. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Göyçay rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə reyd keçirilib.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Keçirilən reyd zamanı rayonun Qızılağac kəndi ərazisində 4-14 sm diametrliyində 43 ədəd akasiya ağacının yandırılaraq kökündən kəsildiyi və təbiətə 4390 manat ziyan dəydiyi aşkar edilib.

Hazırda təqsirkarın müəyyən olunması istiqamətində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi