Global Media Group “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Global Media Group “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin ərazisində ağacəkmə aksiyası keçirilib.
COP29
14 Fevral , 2024 14:40
Global Media Group “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin ərazisində ağacəkmə aksiyası keçirilib.

"Report" xəbər verir ki, ağacəkmə “Global Media Group”un təşəbbüsü, “Global Management” və qrupa daxil olan digər şirkətlərin iştirakı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə baş tutub.

Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən tədbirdə şirkətlərin rəhbər heyətləri, əməkdaşları, ETSN-in rəsmiləri və ekokönüllülər iştirak ediblər.

Global Management şirkətinin idarə heyətinin sədri Rövşən Nizamov bildirib ki, Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar ekoloji maarifləndirmə və dayanıqlı inkişaf fəaliyyətini gücləndirmək üçün “Global Media Group”un təşkil etdiyi ekoloji aksiyada iştirak etməkdən böyük məmnunluq duyur: “Düşünürük ki, təbii ehtiyatlardan səmərəli istifadə, ekoloji tarazlığın bərpası və biomüxtəlifliyin qorunması yolu ilə sağlam və həmişəyaşıl dünya qurmaq bəşəriyyətin ümumi və təxirəsalınmaz məsuliyyətidir. Biz də öz növbəmizdə bu cür ekoloji aksiyaların təşkili ilə dayanıqlı inkişafa töhfələrimizi veririk”.

Qeyd edək ki, dayanıqlı iqtisadiyyatın təmin edilməsinə daim xüsusi diqqət ayıran Global Management şirkəti ISO 14001 standartlarına uyğun olaraq və 2030 Dayanıqlı İnkişaf Gündəliyinə sadiq qalaraq, iqlim dəyişikliyi, resurs və enerji səmərəliliyinin təşviqi, ekoloji cəhətdən təhlükəsiz iş yerlərinin təmin edilməsi və həyat keyfiyyətinin yaxşılaşdırılması kimi davamlı istehlak və istehsal modellərinə keçidi dəstəkləyir. Şirkət müxtəlif maraqlı tərəflərin iştirakını və bütün təchizat zəncirində sistemli əməkdaşlığı təmin etməklə davamlılıq prinsipinin həyata keçirilməsində mühüm rol oynayır.

Məlumat üçün bildirək ki, “Global Management” şirkəti beynəlxalq standartlara cavab verən idarəetmə sistemləri vasitəsilə, müştərilərin bizneslərinin inkişafı üçün yenilikçi və effektiv həllər təklif edir. Şirkət maliyyə və mühasibat uçotu, marketinq və satış, satınalma və təchizat, İT (informasiya texnologiyaları), hüquq, İR (insan Resursları) və kargüzarlıq, SƏTƏM, keyfiyyət təminatı və keyfiyyətə nəzarət sahələrində autsorsinq xidmətləri təklif edir.

Son xəbərlər

Orphus sistemi