Gəncədə küləyin elektrik təsərrüfatına vurduğu zərər aradan qaldırılıb - YENİLƏNİB

Gəncədə küləyin elektrik təsərrüfatına vurduğu zərər aradan qaldırılıb - YENİLƏNİB Gəncədə güclü külək səbəbindən 4-cü mikrorayon ərazisində elektrik təsərrüfatına zərər dəyib.
Ekologiya
27 Noyabr , 2023 20:29
Gəncədə küləyin elektrik təsərrüfatına vurduğu zərər aradan qaldırılıb - YENİLƏNİB

Gəncədə küləyin elektrik təsərrüfatına vurduğu zərər aradan qaldırılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin 4-cü mikrorayon ərazisində küləyin elektrik təsərrüfatına vurduğu ziyan aradan qaldırılıb və elektrik enerjisinin verilişi bərpa edilib.

Qeyd edək ki, küləkli hava şəraiti davam edir.

19:29

Gəncədə güclü külək səbəbindən 4-cü mikrorayon ərazisində elektrik təsərrüfatına zərər dəyib.

"Report"un Qərb bürosunun məlumatına görə, külək səbəbindən qısaqapanma baş verib, elektrik xətləri sıradan çıxıb.

Nəticədə mikrorayon ərazisinə elektrik enerjisinin verilməsi dayandırılıb.

Aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub və problemin həlli istiqamətində işlər aparılır.

Qeyd edək ki, hazırda şəhər ərazisində küləkli hava şəraiti davam edir. Külək səbəbindən bir neçə ağac aşıb.

Son xəbərlər

Orphus sistemi