Gədəbəydə qarın hündürlüyü 22 sm-ə çatıb - FAKTİKİ HAVA

Gədəbəydə qarın hündürlüyü 22 sm-ə çatıb - FAKTİKİ HAVA Azərbaycanda qeyri-sabit hava şəraiti davam edib
Ekologiya
15 Dekabr , 2016 10:28
Gədəbəydə qarın hündürlüyü 22 sm-ə çatıb - FAKTİKİ HAVA

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycanda dekabrın 14-ü gündüzdən dekabrın 15-i səhərədək müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi dekabrın 14-ü gün ərzində, 15-i gecə və səhər ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış, bəzi yerlərdə sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-2, Böyük Qafqazda 2-29, Lənkəran-Astara zonasında 1-42, Kiçik Qafqazda 13-15, Qazax-Gəncə zonasında 1-17, Mərkəzi Aran rayonlarında 1-18, Naxçıvan MR-da 1-10 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Ağdərə, Gədəbəydə 22, Xınalıq, Daşkəsəndə 17, Qubada 15, Qubanın dağlıq ərazilərində 10-25, Zaqatala, Göygöldə 13, Şəki, Oğuzda 12, Balakəndə 11, Rvarudda 9, Şamaxı, Naxçıvanda 8, Şahbuz, Ordubadda 7, Altıağac, Sarıbaşda 6, İsmayıllı, Tərtərdə 5, Göyçay, Lerikdə 4, İmişli, Göytəpə, Şabranda 3, Kəlvəz, Astara, Beyləqan, Zərdabda 2, Şərur, Xaçmaz, Lənkəranda 1 sm olub.

Son xəbərlər

Orphus sistemi