Füzulidə ekoloji məsələlər üzrə işçi qrupun iclası keçirilib

Ekologiya
  • 26 aprel, 2023
  • 08:22
Füzulidə ekoloji məsələlər üzrə işçi qrupun iclası keçirilib

Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən İşçi qrupların işğaldan azad edilmiş ərazilərə növbəti səfəri təşkil olunub.

"Report"un Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir ki, səfərin məqsədi ekoloji məsələlər üzrə işçi qrupun növbəti iclasını keçirmək olub.

Füzuli şəhəri, Füzuli Hava Limanının inzibati binasında reallaşan iclasa Ekoloji məsələlər üzrə işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov sədrlik edib.

Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclasında görülən işlər və cari məsələlər ilə yanaşı işğaldan azad edilmiş ərazilərində ekoloji qiymətləndirmə üzrə aparılan minatəmizləmə işləri, Füzuli rayonu ərazisində mineral xammal ehtiyatları və yeraltı suların monitorinqi və təftişi işləri, işğaldan azad edilmiş ərazilərdə baş verən yanğın hadisələrinin qarşısının alınması tədbirləri haqqında, işğaldan azad edilmiş ərazilərdə turizm infrastrukturunun yaradılması sahəsində görülmüş işlər haqqında müzakirələr aparılıb.

44 filmi