Füzulidə 600-dən çox ağac əkilib

Füzulidə 600-dən çox ağac əkilib Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Füzuli rayonunun Qaraməmmədli kəndinə mediatur təşkil olunub
Ekologiya
28 Aprel , 2021 18:53
Füzulidə 600-dən çox ağac əkilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Füzuli rayonunun Qaraməmmədli kəndinə mediatur təşkil olunub.

“Report”un Füzuliyə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, səfər zamanı kənddə 1 hektar ərazidə 600-dən çox müxtəlif cinsli ağac əkilib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirliyin işğaldan azad olunan Füzuli və Xocavənd rayonlarına təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib ki, işğal dövründə ermənilər tərəfindən ərazilərdə yaşıllıqlara vurulan ziyanlarla bağlı 4 istiqamət üzrə monitorinq aparılır: "Beynəlxalq ekspertlərin də bu işlərə cəlb edilməsinə ehtiyac var. Dəymiş ziyanın hesablanması işləri həyata keçirilir və nəticə Ermənistan qarşısında təzminat iddialarının qaldırılması üçün aiddiyyəti qurumlara təqdim ediləcək. Ərazilər minalardan təmizləndikdən sonra daha geniş miqyaslı meşə bərpa işləri aparılacaq".

Son xəbərlər

Orphus sistemi