Yuxarı

Fövqəladə Hallar Nazirliyi güclü yağışlarla bağlı məlumat yayıb

Xətai rayonunda fərdi yaşayış evlərinin həyətyanı sahəsinə su dolub

Bakı. 23 noyabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi Bakıya güclü yağışın düşməsi ilə bağlı məlumat yayıb.

"Report"-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə, Bakı şəhəri ərazisində yağan yağışlar nəticəsində, Xətai rayonunda yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahəsinə su dolması və vətəndaşların evdən çıxmasının çətinləşməsi ilə bağlı məlumat daxil olub.

Hadisə yerinə xilasedicilər cəlb edilib və aidiyyəti qurumlar məlumatlandırılıb.

Birgə keçirilmiş əməliyyat zamanı yağış sularının sakinlərə verə biləcək ziyan aradan qaldırılıb, suyun ərazidən çəkilməsinə nail olunub. Əməliyyat saat: 04:01-də başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi