Yuxarı
    Bağlamaq

    Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

    Araşdırmalar meşə yanğınlarının baş verməsində insanların ehtiyatsızlığının əsas səbəblərdən biri olduğunu üzə çıxarıb

    Bakı. 4 avqust. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib. "Report"un xəbərinə görə, müraciətdə qeyd edilir ki, son günlər respublika ərazisində havanın isti və quraq keçməsi nəticəsində biçilmiş taxıl, otlaq, kol-kos sahələrində, habelə, meşə massivlərində müxtəlif miqyaslı yanğınlar baş verir. Lakin aparılan araşdırmalar bu yanğınların baş verməsində insanların ehtiyatsızlığının əsas səbəblərdən biri olduğunu üzə çıxarıb: "Qeyd olunanları, həmçinin yanğınların milli sərvətimiz olan meşələrimizə, flora və faunaya törətdiyi təhlükəni, dövlət büdcəsinə vurduğu ziyanı, ən əsası isə insan həyatına yaratdığı riski nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi təbiətdə istirahət edən insanlardan odla ehtiyatlı davranmağı, tam söndürülməmiş kibrit dənəsini, siqaret kötüyünü, benzin və başqa yanar mayelərin hopduğu parça və digər materialları ətrafa atmamağı, nəzərdə tutulmamış ərazidə və lazımi təhlükəsizlik tədbirləri görülmədən ocaq qalamamağı, uşaqları nəzarətsiz qoymamağı, kənd təsərrüfatı texnikası ilə işləyən vətəndaşlardan isə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyi xahiş edir.

    Yanğın baş verdikdə və ya hər hansı yanğın təhlükəsi hiss etdikdə nazirliyin "112" qaynar xəttinə zəng vurmağınız xahiş olunur".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi