“Formula 1” günlərində Bakıda müşahidə olunacaq ilkin hava proqnozu açıqlanıb

“Formula 1” günlərində Bakıda müşahidə olunacaq ilkin hava proqnozu açıqlanıb “Formula 1” üzrə Azərbaycan Qran-prisi zamanı (26 - 28 aprel) Bakıda müşahidə olunacaq ilkin hava proqnozu açıqlanıb.
Ekologiya
22 Aprel , 2019 17:18
“Formula 1” günlərində Bakıda müşahidə olunacaq ilkin hava proqnozu açıqlanıb

“Formula 1” üzrə Azərbaycan Qran-prisi zamanı (26 - 28 aprel) Bakıda müşahidə olunacaq ilkin hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva “Report”un sorğusuna cavab olaraq bildirib ki, aprelin 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə çiskin olacaq. Cənub-qərb küləyi 5-10 m/s, arabir 12-15 m/s olacaq.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 14-19° isti təşkil edəcək.

Aprelin 27-də hava yağmursuz olacaq. Cənub-qərb küləyi 5-10 m/s, gündüz arabir 12-15 m/s olacaq.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 16-19° isti təşkil edəcək.

Aprelin 28-də, final günündə isə hava, əsasən, yağmursuz keçəcək.

Cənub küləyi 7-12 m/s, gündüz arabir 15-18 m/s olacaq.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 16-18° isti təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi