"Azərbaycan əhalisinin sayının 10 milyon nəfərə çatması tarixi hadisədir. Bu münasibətlə nazirliyin kollektivi adından ilk öncə cənab Prezident
Bu sözləri "Report"a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
F.Əliyev bildirib ki, nazirlik bu tarixi hadisə ilə bağlı ölkəyə öz töhfəsini verir: "Biz ölkə rəhbərliyinin tapşırığı ilə bu tarixi hadisəyə öz töhfəmizi kütləvi ağacəkmə aksiyası ilə veririk. Azərbaycanda, ölkəmizin hər bir guşəsində ağacəkmə kampaniyasına başlayıb. İstər meşə fondu, istərsə də qeyri-meşə fondu torpaqlarında rayon icra hakimiyyətləri, təhsil və səhiyyə ocaqları, ictimaiyyət nümayəndələri, bir söz hamılıqla aksiyaya başlamışıq. Onu da qeyd edim ki, əkilən ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik sahələrində yetişdirdiyi və yerli şəraitə uyğun olan ağaclardır.
Xalqımızın gələcək sağlamlığı naminə çox ağac əkirik ki, insanlarımız və ətraf mühitimiz sağlam olsun. Təbiətin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi bütövlükdə gələcək nəsillərin sağlamlığına xidmət edir".
F.Əliyev vurğulayıb ki, hər bir ölkənin qarşısında dayanan prioritet vəzifələrdən biri də onun vətəndaşlarının sağlam olmasıdır: "Təbii ki, vətəndaşlar nə qədər sağlamdırsa, dövlət də, ölkə də o qədər sağlam, əzəmətli, möhtəşəm olur. Bu nöqteyi-nəzərdən
Nazir müavini bildirib ki, ağacəkmə aksiyaları bir neçə gün paytaxtda və eləcə də regionlarda davam edəcək: "Hazırda yaz əkini mövsümüdür. Bu kampaniyalar müxtəlif şüarlar altında davam edir.
7 aprel Ümumdünya Sağlamlıq Günüdür. Nə yaxşı ki, bizim Azərbaycanın 10 milyonuncu vətəndaşı olan bu körpə belə əlamətdar gün ərəfəsində dünyaya gəldi. Biz sabah Veloparkda "Az avtomobil - çox həyat" devizi altında yürüş keçirəcəyik".
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən bu tədbirlər vətəndaşların sağlamlığı naminə həyata keçirilən tədbirlərlərdəndir: "Biz də bu cur tədbirlərlə vətəndaşlarımızın sağlamlığına öz töhfəmizi verməyə çalışırıq".