Fevralın 20-dən intensiv yağış yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Fevralın 20-dən intensiv yağış yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir
Ekologiya
19 Fevral , 2021 17:07
Fevralın 20-dən intensiv yağış yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında fevralın 20-si gündüzdən 21-i gündüzədək arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 20 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında fevralın 20-si səhərdən 21-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi