Xocavənd rayonuna dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB

Xocavənd rayonuna dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 25-i saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, bəzi yerlərdə şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.
Ekologiya
25 Sentyabr , 2024 12:02
Xocavənd rayonuna dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB

Sentyabrın 24-ü saat 13:05-13:10 radələrində Xocavənd rayonuna diametri 15-18 mm olan dolu düşüb.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

09:13

Sentyabrın 25-i saat 9:00-a olan məlumata əsasən bəzi yerlərdə şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Beyləqan, Qaxda (Sarıbaş) 7 mm, Ağdamda 6 mm, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Tovuz, Şəkidə (Kişçay) 3 mm, Balakən, Şəmkir, Zaqatala, İsmayıllı, Şahdağ, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, İmişli, Daşkəsəndə 2 mm-dək olub.

Lerik rayonunda, Qrız, Cəfərxan kəndlərində duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 30, Aran rayonlarında 30, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi