Bakıda və Abşeron yarımadasında küləyin sürəti 22 m/s-dək güclənib

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 22 m/s-dək güclənib Mayın 3-ü saat 16:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 22 m/s, Şirvanda 20 m/s, Naftalanda 16 m/s-dək güclənib.
Ekologiya
3 May , 2024 16:38
Bakıda və Abşeron yarımadasında küləyin sürəti 22 m/s-dək güclənib

Mayın 3-ü saat 16:00-a olan məlumata əsasən, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 22 m/s, Şirvanda 20 m/s, Naftalanda 16 m/s-dək güclənib.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 mertdir.

Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Şəki, Mingəçevir, Qaxda arabir yağış yağıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20, Naxçıvan MR-da 17, Aran rayonlarında 26, dağlıq rayonlarda 9 dərəcəyədək isti olub.

Son xəbərlər

Orphus sistemi