ETSN Yasamalda dibinə maddə tökülən ağacları himayəyə götürüb

ETSN Yasamalda dibinə maddə tökülən ağacları himayəyə götürüb Bakı. 24 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Yasamal rayonu Şərifzadə küçəsi 130A ünvanında mənşəyi məlum olmayan maddə ilə qəsdən qurudulmasına cəhd göstərilən yaşıllıq sahəsi himayəyə götürülüb.
Ekologiya
24 İyul , 2018 17:27
ETSN Yasamalda dibinə maddə tökülən ağacları himayəyə götürüb
eco.gov.az
0 : 00
0 : 00

Bakı. 24 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Yasamal rayonu Şərifzadə küçəsi 130A ünvanında mənşəyi məlum olmayan maddə ilə qəsdən qurudulmasına cəhd göstərilən yaşıllıq sahəsi himayəyə götürülüb.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Nazirlik tərəfindən yaşıllıq sahəsinə münbit torpaq və gübrə gətirilib, 21 ağacın qurumasının qarşısının alınması üçün ağaclara aqrotexniki qulluq göstərilib.

Xatırladaq ki, 23 iyul 2018-ci il tarixində Yasamal rayonu, Şərifzadə küçəsi 130A ünvanındakı yaşıllıq ərazidə ağacların dibinə mənşəyi məlum olmayan maddə tökülüb. Bununla bağlı nazirliyin əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi