ETSN təmsilçisi: "Ekoturizm səfərlərində təbiətə az zərər dəyir"

ETSN təmsilçisi: "Ekoturizm səfərlərində təbiətə az zərər dəyir" Bakı. 4 may. REPORT.AZ/ Son illər Azərbaycan milli parklarına səfər edən şəxslərin və turistlərin sayı artıb.
Ekologiya
4 May , 2018 11:23
ETSN təmsilçisi: Ekoturizm səfərlərində təbiətə az zərər dəyir

Bakı. 4 may. REPORT.AZ/ "Son illər Azərbaycan milli parklarına səfər edən şəxslərin və turistlərin sayı artıb".

"Report" xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə deyib.

O bildirib ki, qeyri-neft sektorundan danışanda ilk ağıla turizm gəlir: "Turizmin əsas qolu isə ekoturizmdir, bu növ səyahətin təşkil olunması həm zövq almaq, həm də maarifləndirmə üçündür. Hər bir təbiət ərazisinə səfər etmək olar, amma ekoturizm çərçivəsində bu səfərlər tənzimlənir və bu cür səfərlərdə təbiətə az zərər dəyir".

H.Əlizadə qeyd edib ki, Azərbaycan ərazisinin 10,3 faizi mühafizə altındadır, onun 3 faizi milli parklardır.

Son xəbərlər

Orphus sistemi