ETSN: Sumqayıtda kifayət qədər çatışmazlıq mövcuddur

ETSN: Sumqayıtda kifayət qədər çatışmazlıq mövcuddur ETSN Sumqayıtda tullantıların yandırılmasına və bunun nəticəsində şəhəri tüstü basmasına münasibət bildirib
Ekologiya
16 Fevral , 2021 16:57
ETSN: Sumqayıtda kifayət qədər çatışmazlıq mövcuddur

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sumqayıtda tullantıların yandırılmasına və bunun nəticəsində şəhəri tüstü basmasına münasibət bildirib.

“Report”un xəbərinə görə, Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Ekspert saatı”nda deyib ki, Sumqayıt məişət tullantıları poliqonu bu məsələyə görə ötən il dəfələrlə cərimələnib.

“Təəssüf ki, hazırda həmin ərazidə bu sahədə kifayət qədər çatışmazlıq mövcuddur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq, mütəmadi şəkildə, həmin əraziyə cavabdeh şəxsləri cərimələmək, məcburi göstəriş vermək məcburiyyətində qalırıq. Orada hazırda yeni məişət poliqonunun tikintisi və istifadəyə verilməsi ilə bağlı işlər aparılır. Biz də arzu edirik ki, tezliklə bu problem birdəfəlik həllini tapsın. Çünki Sumqayıt Azərbaycanın çox mühüm şəhərlərindən biridir. İnanırıq ki, bu istehsalat şəhərində aparılan işlər yaxın vaxtlarda bitəcək”, - Nazirlik rəsmisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi