Yuxarı
    Bağlamaq

    ETSN: Siyəzəndə bələdiyyə torpaqlarında naməlum səbəblərdən yanğın başlayıb

    Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, yanğının söndürülməsi istiqamətində təcili tədbirlər görülür

    Bakı. 19 avqust. REPORT.AZ/ Siyəzən rayonunun Zarat kəndi ərazisində bələdiyyə torpaqlarında naməlum səbəblərdən yanğın başlayıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın "Report"a verdiyi məlumata görə, saat 14 radələrindən başlayan yanğın hazırda davam edir. 

    Yanğının söndürülməsi və meşə fondu torpaqlarına keçməsinin qarşısını almaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Siyəzən rayon Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası təcili hadisə yerinə cəlb olunub.

    Yanğının söndürülməsi istiqamətində təcili tədbirlər görülür. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi