ETSN rəsmisi beynəlxalq qurumları Oxçuçay faciəsinə kəskin reaksiya verməyə çağırıb

ETSN rəsmisi beynəlxalq qurumları Oxçuçay faciəsinə kəskin reaksiya verməyə çağırıb "Oxçuçay faciəsi bu gün də davam edir. Bu səbəbdən beynəlxalq qurumlar Oxçuçayın ermənilər tərəfindən çirkləndirilməsinə kəskin reaksiya verməlidir".
Ekologiya
19 Aprel , 2022 15:03
ETSN rəsmisi beynəlxalq qurumları Oxçuçay faciəsinə kəskin reaksiya verməyə çağırıb
Umayra Tağıyeva

"Oxçuçay faciəsi bu gün də davam edir. Bu səbəbdən beynəlxalq qurumlar Oxçuçayın ermənilər tərəfindən çirkləndirilməsinə kəskin reaksiya verməlidir".

"Report" xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, nazirlik bununla bağlı mütəmadi olaraq beynəlxalq təşkilatlara məlumatlar verir, çirklənmə səviyyəsini açıqlayır: "Ermənilər mütəmadi şəkildə Oxçuçayı ağır metallarla çirkləndirir. Çirklənmə halları ən çox yanvar-mart və iyun-avqust ayları, əsasən azsululuq dövlərində müəyyən edilir. Oxçuçayda çirkləndirici maddələrin yüksək qatılıqları əsasən yuxarı axında, Ermənistanla sərhəddə yaxın seçilmiş nöqtədədir".

U.Tağıyeva deyib ki, orta illik nəticələrə əsasən yuxarı axında (Bürünlü kəndi) - ammonium 3.4 dəfə, manqan 3.1 dəfə, dəmir 1.5 dəfə, nikel 5.5 dəfə, kadmium 3.4 dəfə, molibden 1.9 dəfə normadan çox olub: "Yuxarı axında müxtəlif dərinliklərdən (səth, 10 sm, 20 sm) götürülmüş dib çöküntüləri nümunələrində metalların qatılığı orta və aşağı axına nisbətən daha yüksək olduğu müəyyən edilib".

"Çayın çirklənməsinə səbəb Ermənistan ərazisində fəaliyyət göstərən Qafan və Qacaran mis-molibden kombinatlarından atılan tullantı sularıdır. Tullantı suları təmizlənmədən birbaşa çaya axıdılır, bu da çayın ağır metallarla çirklənməsinə gətirib çıxarır. Çayın ağır metallarla yüksək səviyyədə çirklənməsi çayın ekosisteminin pozulmasına və orada yaşayan bioresursların məhvinə səbəb olur" - Xidmət rəisi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi