ETSN Qubada reyd keçirib, daha bir sexin sahibini cərimələyib

ETSN Qubada reyd keçirib, daha bir sexin sahibini cərimələyib Bakı. 12 iyun. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.
Ekologiya
12 İyun , 2018 16:56
ETSN Qubada reyd keçirib, daha bir sexin sahibini cərimələyib

Bakı. 12 iyun. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Quba rayonu ərazisində keçirilən reyd zamanı Zərdabi qəsəbəsi ərazisində Taleh Qəribova məxsus yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş 4,7 kubmetr həcmində fıstıq cinsli meşə materialı aşkar edilib. 

Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 812,35 manat məbləğində cərimə tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi