ETSN: Ötən il atmosfer havasını korlayanlarla bağlı 120 akt və 51 protokol tərtib olunub

ETSN: Ötən il atmosfer havasını korlayanlarla bağlı 120 akt və 51 protokol tərtib olunub Nazirlik: 2016-cı ildə 59 iş üzrə 42500 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 1 iş üzrə 1200 manat məbləğində iddia qaldırılıb
Ekologiya
17 Yanvar , 2017 12:00
ETSN: Ötən il atmosfer havasını korlayanlarla bağlı 120 akt və 51 protokol tərtib olunub

Bakı. 17 yanvar. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ətraf mühitin mühafizəsini həyata keçirən qurumları 2016-cı il ərzində ölkə ərazisində atmosfer havasının mühafizəsi üzrə ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparıb.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ETSN-in əməkdaşlarının apardığı araşdırma zamanı hüquqi və fiziki şəxslərin yol verdiyi qanun pozuntularına görə, 120 akt və 51 protokol tərtib olunub.

Müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 24 müddətli “məcburi göstəriş” verilib. 59 iş üzrə 42500 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 1 iş üzrə 1200 manat məbləğində iddia qaldırılıb, 1386 iş üzrə 329620,46 manat məbləğində ödəmə tətbiq edilib.

İcra qruplarına göndərilən 29 işdən 16-na, hüquq mühafizə orqanlarına göndərilən 10 işdən 5-nə və məhkəmələrə göndərilən 2 işdən 1-nə baxılaraq müvafiq tədbir görülüb. Qalan işlər isə hazırda icraatdadır.

Son xəbərlər

Orphus sistemi