ETSN: Ölkə üzrə 136 minə yaxın ağac tingi paylanılıb

ETSN: Ölkə üzrə 136 minə yaxın ağac tingi paylanılıb Bakı. 19 noyabr. REPORT.AZ/ “Hər ailə ağac əksin” və “Bir şagird bir ağac əksin və qorusun” devizləri altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vətəndaşlara pulsuz ağac tinglərinin paylanması aksiyalarına başlanılıb və böyük maraqla qarşılandığına görə uğurla davam etdirilir.
Ekologiya
19 Noyabr , 2018 17:31
ETSN: Ölkə üzrə 136 minə yaxın ağac tingi paylanılıb

Bakı. 19 noyabr. REPORT.AZ/ “Hər ailə ağac əksin” və “Bir şagird bir ağac əksin və qorusun” devizləri altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vətəndaşlara pulsuz ağac tinglərinin paylanması aksiyalarına başlanılıb və böyük maraqla qarşılandığına görə uğurla davam etdirilir.

Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Payız ağac əkini mövsümündə respublika üzrə keçirilən aksiyalar çərçivəsində vətəndaşlara, o cümlədən məktəblərə və bağçalara, ümumilikdə, 136 minə yaxın müxtəlif növ ağac tingi paylanılıb.

Nazirlik Azərbaycanı yaşıl diyara çevirmək məqsədilə keçirilən bu aksiyalarda hər kəsi fəal olmağa çağırır, vətəndaşlara ağac əkməyi, onlara qulluq etməyi və qorumağı tövsiyə edir.

Son xəbərlər

Orphus sistemi