Bakı. 19 noyabr. REPORT.AZ/ “Hər ailə ağac əksin” və “Bir şagird bir ağac əksin və qorusun” devizləri altında
Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Payız ağac əkini mövsümündə respublika üzrə keçirilən aksiyalar çərçivəsində vətəndaşlara, o cümlədən məktəblərə və bağçalara, ümumilikdə, 136 minə yaxın müxtəlif növ ağac tingi paylanılıb.
Nazirlik Azərbaycanı yaşıl diyara çevirmək məqsədilə keçirilən bu aksiyalarda hər kəsi fəal olmağa çağırır, vətəndaşlara ağac əkməyi, onlara qulluq etməyi və qorumağı tövsiyə edir.