ETSN Oğuz meşəsində baş verən yanğınla bağlı məlumat yayıb

ETSN Oğuz meşəsində baş verən yanğınla bağlı məlumat yayıb Yanğının əhatə etdiyi ərazi sərt və hündür yamaclıqdan ibarət olduğundan yanğınsöndürən maşınların əraziyə qalxması mümkün olmayıb
Ekologiya
109
31 Avqust , 2017 16:15
ETSN Oğuz meşəsində baş verən yanğınla bağlı məlumat yayıb

Bakı. 31 avqust. REPORT.AZ/ Bu gün Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yanğın baş verən əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları cəlb olunub.

Yanğının əhatə etdiyi ərazi sərt və hündür yamaclıqdan ibarət olduğundan yanğınsöndürən maşınların əraziyə qalxması mümkün olmayıb. Yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən, əl əməyindən istifadə edilir.

Nazirlikdən bildirilib ki, hava şəraiti isti və küləkli olduğundan yanğının söndürülməsində çətinliklər yaranıb.

Hazırda yanğının digər ərazilərə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi