ETSN-nin elan etdiyi müsabiqə başa çatıb

ETSN-nin elan etdiyi müsabiqə başa çatıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ölkədə ekoturizmin inkişafı və ona maraq yaratmaq üçün keçirdiyi müsabiqə başa çatıb.
Ekologiya
1 Oktyabr , 2019 11:36
ETSN-nin elan etdiyi müsabiqə başa çatıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi / Report

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ölkədə ekoturizmin inkişafı və ona maraq yaratmaq üçün keçirdiyi müsabiqə başa çatıb. 

"Report"un xəbərinə görə, nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova deyib ki, Göygölün 880 illiyi münasibətilə ETSN-nin sosial şəbəkə səhifəsində müsabiqə elan edilmişdi.

Həmin səhifədə müsabiqə iştirakçılarına beş gün ərzində hər gün bir sual ünvanlanıb. Suallara düzgün cavab verən ilk iki nəfər qalib hesab olunub. Suallar Milli parklar və "Qırmızı kitab"a düşən növlər haqqında məlumatları əhatə edib.

S.Məmmədova bildirib ki, sentyabrın 30-da qaliblərin adları açıqlanıb. Bu həftənin sonunda hər bir qalib (1 tanışı ilə birlikdə) Göygöl Milli Parkına səfər edəcəklər: "Müsabiqənin keçirilməsində məqsəd insanlarda milli parklara maraq yaratmaq, onların bu sahədə məlumatlılığını artırmaq idi. Müraciət edənlərin əksəriyyəti suallara düzgün cavab veriblər. Bu, sevindirici haldır. İstərdik ki, insanların təbiətə, milli parklara olan sevgisi daha çox artsın və həftəsonları nə edəcəklərini düşünmədən milli parklarımıza üz tutsunlar. Çünki təbiət bütün fəsillərdə gözəldir”.

Son xəbərlər

Orphus sistemi