ETSN-in Laboratoriya Mərkəzinə baxış keçirilib

ETSN-in Laboratoriya Mərkəzinə baxış keçirilib Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf mühit üzrə Milli Monitorinq Departamentinin yenidən qurulmuş Laboratoriya Mərkəzinə baxış keçirilib.
Ekologiya
10 Dekabr , 2019 13:29
ETSN-in Laboratoriya Mərkəzinə baxış keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf mühit üzrə Milli Monitorinq Departamentinin yenidən qurulmuş Laboratoriya Mərkəzinə baxış keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Avstriyanı Azərbaycandakı səfiri Aleksandr Bayer, Fransanın Azərbaycandakı səfiri Zakari Qros iştirak ediblər.

K.Yankauskas bildirib ki, bu gün Beynəlxalq İnsan Haqları Günüdür: "Yaxşı suya çıxış əldə edilməsi insan hüquqlarının təminatıdır. Təbii ki, su ilə məhdudlaşmırıq, havanın da monitorinqini aparırıq. Bu, regional layihədir. Laboratoriya ilə tam tanışlıqdan sonra bu sistem mənə aydın oldu. Avropa İttifaqı kifayət qədər vəsait ayırıb. Bu, yalnız Azərbaycanda deyil, regional səviyyədə su ehtiyatlarının idarə edilməsinə yönəldilib". Səfir deyib ki, Avropa İttifaqı region ölkələri, xüsusilə Azərbaycanla tərəfdaşlığa önəm verir: "Bu layihə insanları keyfiyyətcə yeni mərhələyə aparır. Azərbaycan xalqının daha yaxşı keyfiyyətli suya çıxışını təmin edəcək" .

Z.Qros vurğulayıb ki, Avropa İttifaqını təmsil edən ölkələr üçün əhalinin su ehtiyatlarına dair gözləntiləri ödənməlidir: "Burada Aİ ilə Azərbaycan arasında kifayət qədər gözəl əməkdaşlıq olub. Bu laboratoriyanın qurulması ilə su keyfiyyəti, su ehtiyatlarının idarə edilməsi Avropa standartlarına uyğunlaşacaq".

Layihənin Avropa İttifaqına üzv ölkələr Konsorsiumunun rəhbəri Aleksandr Zinke qeyd edib ki, su laboratoriyası müasir cihaz və avadanlıqlarla təmin olunub: "Bununla bağlı kifayət qədər təlimlər keçirilib və təlimlər davam etdiriləcək. Düşünürəm ki, bu sahənin kifayət qədər yardıma ehtiyacı var. Aİ "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində bu layihələri həyata keçirir".

Son xəbərlər

Orphus sistemi