Bakı. 12 aprel. REPORT.AZ/ Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edilib.
“Report”un xəbərinə görə, qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Qərar əsasən, kollegiyanın üzvləri aşağıdakı qaydada təsdiqlənib:
Əliyev Firdovsi Şahmirzə oğlu - ekologiya və təbii sərvətlər nazirinin müavini
Quliyev Novruz Məhəmməd oğlu - ekologiya və təbii sərvətlər nazirinin müavini
Hacıyev Rauf Vahid oğlu – ekologiya və təbii sərvətlər nazirinin müavini
Yaqubov Hafiz Siyavuş oğlu - Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri
Cəlilov Rövşən Adil oğlu - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatının rəhbəri
Səttar-zadə Rasim İsrafil oğlu - Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri
Hüseynov Xalıqverdi Cəmil oğlu - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru
Ramazanov Xəlil Ramazan oğlu - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru
Aslanov Azər Hidayət oğlu - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi
Əşrəfov Ramik Yunis oğlu - “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinin sədri”.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, kollegiyanın sədri ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovdur.