ETSN: "Havada toz dumanının qısa müddət davam edəcəyi gözlənilir"

ETSN: "Havada toz dumanının qısa müddət davam edəcəyi gözlənilir" "Peyk görüntülərinə və toz proqnoz modellərinə əsasən, bu gün günorta saatlarından başlayaraq ölkə ərazisinə şərq və cənub-şərq küləkləri vasitəsilə Orta Asiyadan toz kütlələri daxil olub".
Ekologiya
25 Aprel , 2022 18:05
ETSN: Havada toz dumanının qısa müddət davam edəcəyi gözlənilir

"Peyk görüntülərinə və toz proqnoz modellərinə əsasən, bu gün günorta saatlarından başlayaraq ölkə ərazisinə şərq və cənub-şərq küləkləri vasitəsilə Orta Asiyadan toz kütlələri daxil olub".

"Report" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

“Avtomatik stansiyalardan əldə etdiyimiz məlumatlara əsasən, hazırda havada dispers toz hissəciklərinin miqdarı Nizami, Xətai və Səbail rayonlarında normadan iki dəfəyədək yüksəkdir”.

Xidmət rəisinin sözlərinə görə, meteoroloji şəraitdən asılı olaraq, yaxın iki gün ərzində havada tozun miqdarının normadan çox olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi