ETSN-dən xəbərdarlıq: Gecə, səhər yollar dumanlı, şaxtalı olacaq, buz bağlayacaq

ETSN-dən xəbərdarlıq: Gecə, səhər yollar dumanlı, şaxtalı olacaq, buz bağlayacaq Hava şəraiti ilə bağlı avtomobil yollarında gözlənilən vəziyyət
Ekologiya
20 Mart , 2022 19:55
ETSN-dən xəbərdarlıq: Gecə, səhər yollar dumanlı, şaxtalı olacaq, buz bağlayacaq

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar avtomobil yollarının dumanlı olacağı və bəzi yolların buz bağlayacağı gözlənilir.

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam etdiyindən gecə və səhər saatlarında magistral avtomobil yolları dumanlı və şaxtalı olacaq.

G.Məmmədova qeyd edib ki, hava şəraiti ilə əlaqədar, əsasən Quba-Qusar, Kəlbəcər-Laçın, Şuşa-Füzuli, Şəmkir-Gədəbəy, Lənkəran-Lerik, Masallı-Yardımlı magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsi 300-700 m-dək məhdudlaşacaq, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

"Bu cür hava şəraiti ilə əlaqədar sürücülərin ehtiyatlı olması tövsiyə olunur", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi