ETSN ətrafa tullantılar atan istixana ilə bağlı qərar verdi

ETSN ətrafa tullantılar atan istixana ilə bağlı qərar verdi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin Eko-Radar bölməsinə Masazır qəsəbəsindəki istixananın yaxınlığındakı gölməçənin ətrafına tullantıların atılması barədə daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşl
Ekologiya
23 Sentyabr , 2020 09:37
ETSN ətrafa tullantılar atan istixana ilə bağlı qərar verdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmi internet səhifəsinin Eko-Radar bölməsinə Masazır qəsəbəsindəki istixananın yaxınlığındakı gölməçənin ətrafına tullantıların atılması barədə daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

ETSN-dən "Report"a verilən məlumata görə, araşdırma zamanı ərazidə fəaliyyət göstərən istixanada formalaşan tullantıların ətrafa qeyri-mütəşəkkil atıldığı məlum olub. Nazirliyin əməkdaşlarının nəzarəti altında istixananın işçiləri tərəfindən ərazi tullantılardan təmizlənib.

Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların düzgün idarə olunması məqsədilə istixanaya məcburi göstəriş verilib.

Son xəbərlər

Orphus sistemi