ETSN əməkdaşları Qusarda reyd keçirib

ETSN əməkdaşları Qusarda reyd keçirib Bakı. 5 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Ekologiya
5 May , 2018 16:37
ETSN əməkdaşları Qusarda reyd keçirib

Bakı. 5 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Qusar rayonunun Yasab kəndi ərazisində yaş köküstə 40 sm diametrliyində 1 ədəd söyüd ağacının qanunsuz kəsildiyi aşkar edilib. Ağacı kəsənin şəxsiyyətinin müəyyənləşdirilməsi mümkün olmayıb.

Faktla bağlı akt tərtib olunub və təbiətə 400 manat ziyan dəydiyi müəyyən edilib.

Qanun pozucusunun müəyyən edilməsi üçün Qusar rayon Polis Şöbəsinə məktub göndərilib.

Son xəbərlər

Orphus sistemi