ETSN: Ekoloji qanunvericiliyi pozanlarla bağlı 20 iş hüquq-mühafizə orqanlarına göndərilib

ETSN: Ekoloji qanunvericiliyi pozanlarla bağlı 20 iş hüquq-mühafizə orqanlarına göndərilib May ayının 1-dən 15-dək yol verilən qanun pozuntularına görə 128 akt və protokol tərtib olunub
Ekologiya
18 May , 2017 11:43
ETSN: Ekoloji qanunvericiliyi pozanlarla bağlı 20 iş hüquq-mühafizə orqanlarına göndərilib

Bakı. 18 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, may ayının 1-dən 15-dək aparılan araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilən qanun pozuntularına görə 128 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 22 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 28 iş üzrə 25545,6 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 23 iş üzrə 19647,46 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 191 iş üzrə 36936,46 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 20, icra qurumlarına 15, məhkəmələrə isə 4 iş göndərilib. 

Son xəbərlər

Orphus sistemi