Yuxarı

ETSN-də növbəti ictimai dinləmə keçiriləcək

ETSN-də növbəti ictimai dinləmə keçiriləcək
© Report

Bu il yanvarın 23-də ekoloji rəyin alınması, tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, Nazirliyin Dövlət Ekspertiza İdarəsində keçiriləcək ictimai dinləmələrdə layihə icraçıları, ictimaiyyət və QHT nümayəndələri, aidiyyəti ekspert-mütəxəssislər iştirak edəcək: “İctimai dinləmələrdə idarəyə təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunacaq, əhali üçün maraq kəsb edən məsələlərə diqqət yetiriləcək, yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinləniləcək”.

Nazirliyin sözçüsü bildirib ki, ötən ildən başlayaraq ETSN-ə təqdim olunan bütün ekoloji layihələrə şəffaflığın təmin olunması və ictimaiyyətin məlumatlandırılması məqsədilə yalnız ictimai dinləmələrdən, maraqlı tərəflərlə müzakirələrdən sonra rəy verilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi