ETSN: Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 6 dəfə yuxarıdır - YENİLƏNİB-4

ETSN: Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 6 dəfə yuxarıdır - YENİLƏNİB-4 Bakı. 30 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.
Ekologiya
30 Avqust , 2018 19:16
ETSN: Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 6 dəfə yuxarıdır - YENİLƏNİB-4
Report
0 : 00
0 : 00

Bakı. 30 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Nazirliyin Mətbuat xidmətindən "Report"a bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 30 avqust 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarında saat 19:00-da artım müşahidə olunub. Belə ki, tozun miqdarının sanitar normadan 6 dəfə yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, saat 10:00-da bu göstərici 3, 13:00-da 5,4, 16:00-da 5,6 dəfə sanitar normadan yuxarı olub.

Qeyd edək ki, atmosferdə müşahidə olunan toza səbəb Türkmənistandan atmosfer axınları ilə toz-dumanının daxil olmasıdır və belə tozlu hava şəraitinin 2 gün davam edəcəyi proqnozlaşdırılır.


***16:14

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Nazirliyin Mətbuat xidmətindən "Report"a bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 30 avqust 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında saat 16:00-da tozun miqdarında cüzi artım müşahidə olunub. Belə ki, tozun miqdarının sanitar normadan 5,6 dəfə yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, saat 10:00-da bu göstərici 3, 13:00-da 5,4 dəfə sanitar normadan yuxarı olub.

Qeyd edək ki, atmosferdə müşahidə olunan toza səbəb Türkmənistandan atmosfer axınları ilə toz-dumanının daxil olmasıdır və belə tozlu hava şəraitinin 2 gün davam edəcəyi proqnozlaşdırılır.


*** 13:38

Bakı. 30 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Nazirliyin Mətbuat xidmətindən "Report"a bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 30 avqust 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 13:00-da bir qədər də artaraq sanitar normadan 5,4 dəfə yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, atmosferdə müşahidə olunan toza səbəb Türkmənistandan atmosfer axınları ilə toz-dumanının daxil olmasıdır və belə tozlu hava şəraitinin 2 gün davam edəcəyi proqnozlaşdırılır.


*** 10:19

Bakı. 30 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək atmosfer havasında müşahidələr aparır.

Nazirliyin Mətbuat xidmətindən "Report"a bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 30 avqust 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 10:00-da sanitar normadan 3 dəfə yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.


*** 09:49

Bakı. 30 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən bu gün Azərbaycan ərazisində havada olan tozun miqdarı sanitar normadan artıq olduğu məlum olub.

Nazirlikdən "Report"a verilən məlumata görə, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.

Qeyd olunur ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, səhər saat 7:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 20 faiz yuxarı olduğu qeydə alınıb.

Meteoroloji proqnoza əsasən tozlu hava şəraitinin 2 gün davam edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi