ETSN Ağdaşda ağacəkmə aksiyası keçirib

ETSN Ağdaşda ağacəkmə aksiyası keçirib Azərbaycan Respublikasının on milyonuncu sakininin anadan olması münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ağdaş rayonunda ağacəkmə aksiyası təşkil edib. “Report”un Şirvan bürosunun məlumatına görə, ağacəkmə aksiyası Ağdaş rayon Ağzıbir kəndində keçirilib.
Ekologiya
7 Aprel , 2019 17:27
ETSN Ağdaşda ağacəkmə aksiyası keçirib

Azərbaycan Respublikasının on milyonuncu sakininin anadan olması münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ağdaş rayonunda ağacəkmə aksiyası təşkil edib. “Report”un Şirvan bürosunun məlumatına görə, ağacəkmə aksiyası Ağdaş rayon Ağzıbir kəndində keçirilib.

Səhər saatlarından etibarən aksiyaya start verilib, ərazilər traktorlar vasitəsilə şumlanıb hazırlanaraq əkin üçün hazır edilib. Nazirliyin əməkdaşlarının iştirakı ilə ayrılan 20 hektar ərazidə 10 mindən çox ağac əkilib. Ağacəkmə aksiyasında həmçinin meyvə ağacları, xüsusəndə nar və ərik ağacları meşə fondunun boş qalan ərazilərində əkilib.

Aksiya zaman əkilən ağaclar suvarılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həəyata keçirilən ağacəkmə aksiyası bu gün və sabah bir neçə bölgədə davam etdiriləcək.

Qeyd edək ki, dünyada 250-yə yaxın ölkə var. Azərbaycan 10 milyonuncu sakini ilə bu siyahıda 88-ci yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi