ETSN ağacəkmə kampaniyasını davam etdirir

ETSN ağacəkmə kampaniyasını davam etdirir Bakı. 20 noyabr. REPORT.AZ/ “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən başladılan payız ağacəkmə kampaniyasına Nərimanov rayonunun 69 nömrəli körpələr evi-uşaq bağçasının və 36 nömrəli tam orta məktəbin kollektivi də qoşulub.
Ekologiya
20 Noyabr , 2018 15:25
ETSN ağacəkmə kampaniyasını davam etdirir

Bakı. 20 noyabr. REPORT.AZ/ “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən başladılan payız ağacəkmə kampaniyasına Nərimanov rayonunun 69 nömrəli körpələr evi-uşaq bağçasının və 36 nömrəli tam orta məktəbin kollektivi də qoşulub.

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, uşaq bağçasında keçirilən aksiyada uşaqlar valideynlərinin və müəllimlərin köməyi ilə müəssisənin həyətyanı sahəsində 50-dən çox, məktəblilər isə məktəbin həyətində 60-dan artıq müxtəlif cinsli ağac tingi əkiblər.

Ağacəkmə aksiyasında Nərimanov rayon İcra Hakimiyyətinin məsul şəxsləri, ETSN-in əməkdaşları, KİV nümayəndələri də iştirak edib. 

Qeyd edək ki, əkilən ağac tingləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Azəryaşlandşaft" ASC-nin tinglik sahəsində yetişdirilib.

Son xəbərlər

Orphus sistemi