Yuxarı
    Bağlamaq

    ETSN 176 iş üzrə 38000 manata yaxın cərimə yazıb

    Dinlə
    © Report

    Bakı. 7 iyun.REPORT.AZ/ May ayının 16-31-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə araşdırma aparılıb.

    Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

    Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 366 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 96 müddətli “məcburi göstəriş” verilib.

    Ümumilikdə, 92 iş üzrə 75900 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 52 iş üzrə 491349,72 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 176 iş üzrə 37797,96 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 20, icra qurumlarına 23, məhkəmələrə 6 iş göndərilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi