Ətraf mühitə ziyan vuranlara 52 800 manat cərimə tətbiq edilib

Ətraf mühitə ziyan vuranlara 52 800 manat cərimə tətbiq edilib Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 11, icra qurumlarına 44, məhkəmələrə isə 4 iş göndərilib
Ekologiya
19 Fevral , 2015 12:47
Ətraf mühitə ziyan vuranlara 52 800 manat cərimə tətbiq edilib

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycanda ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə aparılan araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilən qanun pozuntularına görə 166 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 77 müddətli "məcburi göstəriş" verilib. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Ümumilikdə, 30 iş üzrə 52 800 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 9 iş üzrə 770,16 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 248 iş üzrə 31 867,6 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 11, icra qurumlarına 44, məhkəmələrə isə 4 iş göndərilib.

Son xəbərlər

Orphus sistemi