Ətraf mühit və iqlim dəyişikliyi sahəsində anlaşma memorandumu imzalanıb

Ətraf mühit və iqlim dəyişikliyi sahəsində anlaşma memorandumu imzalanıb Vendi Morton ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb
Ekologiya
9 Fevral , 2021 18:00
Ətraf mühit və iqlim dəyişikliyi sahəsində anlaşma memorandumu imzalanıb

Azərbaycanda işgüzar səfərdə olan Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri Vendi Morton ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə iqlim dəyişmələrinə təsirlərin azaldılması, tullantıların, o cümlədən plastik tullantıların düzgün idarə edilməsi, səhralaşma ilə mübarizə və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Həmçinin iki ölkə arasında ətraf mühit və iqlim dəyişikliyi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Son xəbərlər

Orphus sistemi