Ekspert: "Hazırda çaylarda su səviyyəsinin 15-20 %-dək azalması müşahidə olunur"

Ekologiya
  • 14 mart, 2023
  • 12:29
Ekspert: Hazırda çaylarda su səviyyəsinin 15-20 %-dək azalması müşahidə olunur

"Hazırda Azərbaycan çaylarının sululuğunun 15-20 %-ə qədər azalması müşahidə olunur".

"Report" xəbər verir ki, bunu "Sağlam həyata doğru" İctimai Birliyinin üzvü, su məsələləri üzrə ekspert Rövşən Abbasov deyib.

Onun sözlərinə görə, son 30-40 il ərzində temperaturun yüksəlişi qeydə alınır və bu da çaylarda sululuğun azalmasına gətirib çıxarır.

R.Abbasov bildirib ki, Azərbaycan təbii baxımdan quraq ölkə olduğuna görə, adambaşına düşən suyun miqdarı da azdır.