Ekspedisiya rəisi: “Son 5 gündə Bayıl sürüşmə zonasına qoyulan mayaklarda dəyişiklik və aktivlik olmayıb”

Ekspedisiya rəisi: “Son 5 gündə Bayıl sürüşmə zonasına qoyulan mayaklarda dəyişiklik və aktivlik olmayıb” Əziz Qaralov: “Gələn həftənin sonuna yekun nəticələr nazirliyin aidiyyəti orqanlarına təqdim ediləcək”
Ekologiya
2 Fevral , 2018 10:35
Ekspedisiya rəisi: “Son 5 gündə Bayıl sürüşmə zonasına qoyulan mayaklarda dəyişiklik və aktivlik olmayıb”
Report

Bakı. 2 fevral. REPORT.AZ/ “Hazırda Bayıl sürüşmə zonasında nisbi sakitlikdir, aktivlik müşahidə olunmayıb”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, son 5 gün ərzində həmin əraziyə qoyulan mayaklarda heç bir dəyişiklik və aktivlik qeydə alınmayıb: “Dünən ərazidə buruq-qazma işləri tamamlanıb, laborator analizlər verilib. Güman edirəm ki, gələn həftənin sonuna yekun nəticələr nazirliyin aidiyyəti orqanlarına təqdim ediləcək. Həmin ərazidə təkcə bizim qurum deyil, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi, Fövqəladə Hallar Nazirliyi iş aparır. Eyni zamanda Yaponiyadan gələn cihazlar da həmin ərazidə yerləşdirilib. Yekun nəticə öyrənilərək müvafiq qərar qəbul ediləcək.

Sakinlərin evlərinə nə zaman qayıdacağını isə yerli icra strukturları bilirlər. Biz təhlükəli ərazilərin dairəsini, topoqrafik xəritələri qeyd etmişik. Təhlükəli əraziyə daxil olan evlərdə yaşayan sakinlər müvəqqəti olaraq yaxınlıqdakı iki məktəbə köçürülüblər. Digərləri isə qohumlarının evində qalırlar”. 

Son xəbərlər

Orphus sistemi