Ekoloqlar Azərbaycanda hava şəraitinin dəyişiləcəyi ilə bağlı xəbərdarlıq edir

Ekoloqlar Azərbaycanda hava şəraitinin dəyişiləcəyi ilə bağlı xəbərdarlıq edir Temperatur ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək
Ekologiya
14 Noyabr , 2014 13:13
Ekoloqlar Azərbaycanda hava şəraitinin dəyişiləcəyi ilə bağlı xəbərdarlıq edir

Bakı. 14 noyabr. REPORT.AZ/ Noyabrın 16-dan etibarən Azərbaycanda hava şəraitinin dəyişiləcəyi ilə bağlı xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a verilən məlumata görə, noyabrın 17-dən başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişiləcəyi, ikinci ongünlüyün sonunadək qeyri-sabit keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcəyi gözlənilir.

Noyabrın 17-18-19-da havanın temperaturu gündüz saatlarında 8-10 dərəcə isti olacaq. Şimal küləyi arabir güclənəcək. Tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı ehtimalı var.

Azərbaycanın qərb rayonlarında noyabrın 16-dan  başlayaraq hava şəraitinin dəyişiləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi