Ekoloji Şuranın sədri ekofəallara çağırış edib

Ekoloji Şuranın sədri ekofəallara çağırış edib “Qarabağda Ermənistan tərəfindən törədilən ekoloji terrorla bağlı hazırda ekoloji qiymətləndirmə işləri gedir, daha sonra müvafiq beynəlxalq platformalarda Ermənistanın cəzalandırılması üçün iddialar qaldırılacaq”.
Ekologiya
15 İyul , 2021 17:34
Ekoloji Şuranın sədri ekofəallara çağırış edib
Mələk Şükürova
0 : 00
0 : 00

“Qarabağda Ermənistan tərəfindən törədilən ekoloji terrorla bağlı hazırda ekoloji qiymətləndirmə işləri gedir, daha sonra müvafiq beynəlxalq platformalarda Ermənistanın cəzalandırılması üçün iddialar qaldırılacaq”.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Ekoloji Şuranın sədri Mələk Şükürova “Meşələrin mühafizəsi və davamlı inkişafı” mövzusunda keçirilən debatda deyib.

O, belə həssas dönəmdə bütün ekofəalları diqqətli olmağa səsləyib:

“Ağac kəsintisi ilə bağlı məsələlərin erməni mediasının və bəzi ermənipərəst beynəlxalq mətbuatın gündəminə gətirilməsinə rəvac verməsinlər. Bəzən xırda hesab olunan neqativ məlumatların xarici mediaya çıxarılması Azərbaycanın milli maraqlarına, Ermənistanın Qarabağda insanlığa və təbiətə qarşı törətdiyi ekoloji terrorun beynəlxalq müstəvidə ifşa olunmasına maneə yaradar”.

Son xəbərlər

Orphus sistemi