Ekoloji normativ sənədlərin tələblərinə riayət edilməsinə dair tədbir keçirilib

Ekologiya
  • 19 yanvar, 2023
  • 08:16
Ekoloji normativ sənədlərin tələblərinə riayət edilməsinə dair tədbir keçirilib

Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən ölkə ərazisində və ərazi sularında karbohidrogen ehtiyatlarının kəşfiyyatı, hasilatı, nəqli, saxlanması və emalı sahəsində qanunvericiliyin və ekoloji normativ sənədlərin tələblərinə riayət edilməsinə dair tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə “Azneft” İstehsalat Birliyi, Birliyin tərkibinə daxil olan neft qaz çıxarma idarələrinin əməkdaşları, ekoloqlar ve QHT nümayəndələri iştirak edib.

Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib ki, təbii sərvətlərin səmərəli istifadəsi, bərpası, mühafizəsi, ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkənin bütün regionlarında, o cümlədən Abşeron yarımadasında ekosistemin - havanın, torpağın, yeraltı və yerüstü suların təbii keyfiyyətinin bərpa olunması üçün tullantı suları təmizlənir.

Sədr vurğulayıb ki, çirklənmiş torpaqlar rekultivasiya edilir, geniş sahələrdə yaşıllıqlar salınır və abadlaşdırma işləri aparılır.

Çıxışçılar qeyd edib ki, iqtisadiyyat üçün vacib olan karbohidrogen ehtiyatlarının çıxarılması ilə yanaşı, təbiətin mühafizəsini də həyata keçirmək zərurəti var.

Bildirilib ki, ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirilsə də, karbohidrogen ehtiyatlarının kəşfiyyatı, hasilatı, nəqli, saxlanması və emalı sahəsində müəyyən problemlər qalır.

Belə ki, hələ də bəzi yerlərdə torpaqların, yeraltı və yerüstü su hövzələrinin neft, neft məhsulları, lay suları ilə çirklənməsi, tullantıların düzgün idarə olunmaması halları qeydə alınır.

Son xəbərlər

Bütün Xəbər Lenti